Azərbaycan, Bakı/müxbir Trend S.Əliyev/AZAL Dövlət Konserninin bu gün verdiyi məlumata əsasən, "Azərbaycan Hava Yolları" milli aviaşirkəti martın 8-də yeni Bakı-Minsk-Bakı aviareysi açır.
Uçuşlar AZAL və "Belaviya" belarus milli aviaşirkəti arasında "Kod şerinq" razılaşmasına uyğun olaraq cümə axşamları həyata keçiriləcək.
Bakı-Minsk-Bakı reysləri Airobus-319 təyyarələri vasitəsilə həyata keçiriləcək. Biletlərin qiyməti isə təqribən 419 dollar olacaq (rüsumla birgə).