...

"Novruz" bayramı ərəfəsində Azərbaycan bazarlarında xeyli qiymət artımı müşahidə edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2007 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend U.İsmaylova/Azad sahibkarlar ittifaqının sədri Eyyub Hüseynov bazar ertəsi bildirib ki, "Novruz" bayramı ərəfəsində Azərbaycanda kənd təsərrüfatı məhsullarına qiymət artımı minimum 30 faiz təşkil edib.

Onun sözlərinə görə, qiymət artımı xüsusilə soğan, kartof və qoz-fındıqda müşahidə edilir. "Azərbaycan bazarlarında qiymətlər təkcə artım üzrə dəyişir, enmə isə müşahidə edilmir" - o əlavə edib.

Azərbaycan Azad sahibkarlar ittifaqının müşahidəsilə 2007-ci ildə aqrar sektorda mallara qiymət artımı maksimum həddə müşahidə olunacaq, bu isə minimum 20 faiz təşkil edəcək.

"Azərbaycanda qiymət sabitləşməsinə ölkənin tələbat siyasəti və ÜTT-yə daxil olması təsir edə bilər" - o deyib.

Hüseynovun sözlərinə görə, Tarif Şurasının enerji daşıyıcıları və kommunal xidmət qiymətlərinin artırılması barədə 2007-ci il 8 yanvar qərarı qiymətlərin vaxtaşırı artdığı kənd təsərrüfatı bazarına güclü təsir etib.

Xəbər lenti

Xəbər lenti