...

Türk tikinti materialları Azərbaycanda istehsal oluna bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2007 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir U.İsmayılova / Türk tikinti şirkətləri öz məhsullarının Azərbaycanda istehsal olunmasında maraqlıdır. Bu barədə cümə axşamı türk tikinti materiallartının Azərbayfcandakıl sərgisində görüşün təşkilatçısı Kərəm Güzel bildirib.

Onun sözlərinə görə, sərgi zamanı türk sahibkarlar yerli iş adamları ilə tanış olub və qarşılıqlı biznes əlaqələri barədə məsləhətləşmələr aparırlar.

Azərbaycanda türk tikinti materiallarının ilk sərgisi 2005-ci ildə keçirilib. Türkiyə şirkətləri hər il ikitərəfli əlaqələri inkişaf etdirmək üçün bu cür tədbirlər təşkil edəcəkılər. Sərgidə 46 türk şirkəti içtirak edib. Onların arasında Bakıda körpü və keçidlərin tikintisi ilə məşğul olan yerli Akkord şirkətinin əməkdaşlıq eydiyi Neru şirkəti də var.

Xəbər lenti

Xəbər lenti