...

26 yerli bank Xalq Bank vasitəsilə Nar Mobile ödəmə xidmətlərinə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2007 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova / Xalqbank artıq Azərbaycanın 26 yerli bankına öz müştərilərinə yeni mobil operatoru Nar Mobile (Azerfon) üçün ödəmə haqlarının qəbulu üzrə xidmət göstərmək imkanı yaradıb. Bu barədə məlumat bankın cümə axşamı yayılmış məlumatınada göstərilib.

Hazırda ölkənin aparıcı banklarının bir çoxu Standard Bank, Bank Respublika, Unibank, Technika Bank daxil olmaqla Azerfon-un ödəmə xidmətlərinə qoşulub.

Bu sistem Xalqbank-ın mütəxəssisləri tərəfindən hazırlanıb və müştərilərə xidmət haqqının ödənilməsi üçün imkan yaradır.

Xalqbank bütün məntəqələrində bu operator üzrə xidmətlər göstərir.

Xəbər lenti

Xəbər lenti