...

Imrotex Motors Bakıda yeni BMW X5-in təqdimatını keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2007 13:25 (UTC +04:00)
Imrotex Motors Bakıda yeni BMW X5-in təqdimatını keçirib

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ BMW avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "Improtex Motors" şirkəti öz sərgi-satış salonunda Yeni BMW X5 avtomobilinin rəsmi təqdimetmə mərasimini keçirib. "Improtex Motors" şirkətinin Baş Meneceri Həsən İsmayılov BMW X5 avtomobillərinin Azərbaycanda istiarahət üçün ən yaxşı satılan maşın olduğunu bildirib. Yeni BMW X5 avtomobilinin ölçüləri də dəyişdirilib, belə ki indi onun uzunluğu 18,7 sm, eni isə 6,1 sm artıb. Bu isə öz növbəsində rahatlığın və funksionallağın səviyyəsini mühüm dərəcədə yüksəldir. 

Azərbaycanda satılacaq bu modellər 4.8 litrlik motorlarla komplektləşdirilib. Bakıya həmçinin 3 litr həcmli motoru olan modellər də gətiriləcək.

Bütün xərclərlə (gömrük, aksiz) birlikdə 4,8 litrlik motorla bu cür modellərin qiyməti 96 min avrodur.

H.İsmayılov qeyd edib ki, son araşdırmalar Azərbaycanada əsasən çoxfunksiyalı BMW modellərinin satıldığını göstərib.

Ötən il Imrotex Motors 513 BMW avtomobili satıb ki, bunun da 300 ədədini dövlət qurumları alıb. Bu il satışın həcmi 30 faiz aşağı düşsə də, 2005-ci ildəki göstəricidən 30 faiz çoxdur.

Yeni BMW X5 avtomobilinin prinsipi Aktiv İstirahət Avtomobili (SAV) sinfində yeni idarəetmə səviyyəsidir. BMW X5 avtomobili güc, manevretmə qabiliyyəti və dinamiklik xəttini daha yüksəldir. Benzin və dizel güc aqreqatları ciddi yeniləşdirilib, onların gücü yüksəldilib, hamar iş rejimi isə mükəmməlləşdirilib. Hərəkət hissəsinin konstruksiyasına avtomobilin yaradıcıları bir sıra texniki yeniliklər əlavə ediblər. Yeni BMW X5 avtomobilində öz sinfi üçün unikal olan köndələn qollar üstə quraşdırılmış iki lingli qabaq asma mövcuddur.

Elektronika ilə idarə olunan xDrive tam ötürmə sistemi və ötürücü anın birbaşa paylaşdırılması Yeni BMW X5 avtomobilində maksimal dərəcədə dəqiqləşdirilib. BMW tərəfindən tətbiq olunmuş ağıllı tam öturmə sistemi sərt səthi olmayan yollarda dinamikliyin və dartma gücünün mühüm dərəcədə artırılmasını təmin edir. Yeni BMW X5 avtomobili Aktiv İstirahət Avtomobili (SAV) seqmentində yeganə avtomobildir ki, AdaptiveDrive sistemi ilə təchiz olunub. Çoxlu ötürücülərin (datçik) köməyi ilə AdaptiveDrive sistemi dayanmadan bir sıra göstəriciləri təhlil edir: hərəkət sürətini, yana aşma dərəcəsini, kuzovun və çarxların sürətləndirilməsini, kuzovun hündürlüyünün  nisbi duruşunu. Bu məlumata əsasən stabilizatorların dönən mühərrikləri və amortizatorların elektromaqnit qapaqları idarə olunur.

Əlavə təchizat sıyahısında yeni BMW X5 avtomobili üçün göstəricilərin ön şüşəyə proeksiya olunması sistemi sayılan proeksiya displeyi təklif olunur. Hərəkətə aid vacib məlumat, misal üçün, sürət və ya naviqasiya sisteminin məlumatlandırıcı yazıları erqonomik şəkildə birbaşa ön şüşədə sürücünün görüş sahəsinə əks etdirilir. Bu isə öz növbəsində idarəetmə təhlükəsizliyini mühüm dərəcədə artırır, məhz ona görə ki, sürücünün diqqəti spidometrə baxmaq üçün yoldan yayınmır.

Avtomobil nəinki çaşdırıcı dinamik xüsusiyyətlərə, eyni zamanda eksklüziv rahatlığa malikdir. Yeni BMW X5 avtomobili xüsusi "8 favorite buttons" (8 istənilən düymə) sistemi ilə təchiz olunub. iDrive "8 istənilən düymə" sistemi səkkiz düymədən birinə basmaqla naviqasiya sistemində səyahət nöqtələrini, telefon nömrələrini və radio dalğalarını seçmək imkanı yaradır.

Xəbər lenti

Xəbər lenti