...

Batumidə Böyük İpək Yolunun cənub marşrutunun inkişafı müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend / Beynəlxalq Avtomobil Nəqliyyat İttifaqı (İRU), MDB Nəqliyyat Koordinasiya Məşvərəti (KTS SNQ) və Gürcüstanın Beynəlxalq avtomobil daşıyıcıları Assosiyasiyası (GİRCA) "Böyük İpək Yolunun tranziti və logistikasının inkişafında dövlət və özəl sektorun tərəfdaşlığı. İntermodal daşımaların rolu" mövzusunda beynəlxalq konfrans keçirəcəklər.

Konfrans mayın 17-18-də Batumi (Gürcüstan) şəhərində təşkil olunacaq. Tədbirdə Böyük İpək Yolunun cənub marşrutunun inkişafı, intermodal daşımaların imkanları müzakirə olunacaq. Eyni zamanda ATƏT-in himayəsi altında dənizə çıxışı olmayan ölkələrin nəqliyyat problemlərinə dair dəyirmi masa təşkil olunacaq.

Konfransa regional iqtisadi təşkilatların nümayəndələri dəvət olunub. Onların arasında MDB, EvrAzES, GUAM, ŞOS, MDB ölkələrinin nəqliyyat nazirlikləri, habelə işgüzar və elm dairələrinin təmsilçiləri yer alıb.

Xəbər lenti

Xəbər lenti