...

Parlament Azərbaycanın Hesablama Palatasının yeni rəhbərinin təyinatını təsdiqlədi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2007 13:17 (UTC +04:00)
Parlament Azərbaycanın Hesablama Palatasının yeni rəhbərinin təyinatını təsdiqlədi

Azərbaycan, Bakı /müx. Trend İ.Əlizadə / Azərbaycan parlamenti bu gün Heydər Əsədovun Hesablama Palatasının sədri vəzifəsinə təyin edilməsi ilə bağlı qərar qəbul edib. Əsədov bu postda Namiq Nəsrullayevi əvəzləyib.

Əvvəllər Əsədov maliyyə nazirinin müavini və dövlət xəzinadarlığının rəhbəri olub.

Nəsrullayev səhhətindəki durumla əlaqədər istefa ərizəsini yazıb.

Əsədov 1959-cü ildə anadan olub. 1995-ci ildə Azərbaycanın maliyyə nazirinin müavini vəzifəsinə təyin edilib. 1996-cı ildə isə dövlət xəzinadarlığının rəhbəri olub. Əsədov evlidir, 3 övladı var.

Xəbər lenti

Xəbər lenti