...

İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ərzaq malları bazarlarında monitorinqlər keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2007 18:51 (UTC +04:00)

Azərbaycan,Bakı / Trend /Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin ticarət və xidmət obyektlərində apardığı monitorinqlərin nəticələrini elan edib.

Monitorinqlər zamanı bəzi ticarət obyektlərində yararsız ərzaq məhsulları aşkar olunub və onlar satışdan çıxarılıb. Belə ki, alıcılara 41 halda istehsalçısı və mənşəyi məlum olmayan, 34 halda istifadə müddəti bitmiş, 10 halda isə üzərində istehsal tarixi qeyd olunmamış ərzaq məhsullarının təklif olunduğu müəyyənləşdirilib. İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən qanun pozuntusuna yol vermiş ticarət obyektlərinə qarşı ciddi inzibati tədbirlər görülüb.

Dövlət Xidməti istehlakçıları istehsalçısı məlum olmayan ət qiyməsi, "Buterbrodnaya" bişmiş kolbasası, sirkə adı ilə satılan plastmas qabda maye, "Tvoroq dietiçeskiy" markalanma və etiketlənmə tələbləri pozulmuş kəsmik, "Shiraz Co" (İran) istehsalı olan duza qoyulmuş xiyar, üzərində "Cream" (İran) yazılmış ağ krem, "Ghadah rose water" yazılmış şəffaf maye, istifadə müddəti bitmiş Rusiya istehsalı olan "OOO Uryupinskiy" pörtlədilmiş mal əti, istehsalçısı "Xəyal Kompani" olan "Kral" pivəsi, Ukraynada istehsal olunmuş "Ptiçye moloko roşen" konfetləri, Rusiya istehsalı olan şokoladlarla daha diqqətli olmağı tövsiyyə edir.

İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərini davam etdirir.

Xəbər lenti

Xəbər lenti