...

Seulda Azərbaycan-Koreya biznes-forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2007 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 2007-ci il aprelin 24-dəSeulda Azərbaycan-Koreya biznes-forumu keçiriləcək. Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, tədbirin Azərbaycan tərəfindən təskilatçıları rolunda İqtisadi İnkişaf Nazirliyi və AZPROMOçıxıs edir.

Biznes-forumda 40-a yaxın Azərbaycan və 60 koreyalı biznesmenin iştirakı gözlənilir. Tədbirdə iqtisadi inkişaf naziri Heydər Babayevin, Koreyanın Ticarət və Sənaye Palatasının prezidenti Kim Sanq-Yeolun, Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyinin nümayəndələrinin və digər rəsmi şəxslərin çıxışları nəzərdə tutulur. Biznes-forum çərçivəsində Azərbaycan və Koreya iş adamları arasında birbaşa danışıqlar keçiriləcək.

Xəbər lenti

Xəbər lenti