...

Azərbaycan sahibkarlarının nümayəndə heyəti Çinə işgüzar səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2007 18:26 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Mayın 8-dən 14-dək Azərbaycanın 16 yerli sahibkarından ibarət nümayəndə heyəti Sahibkarların Milli Konfederasiyası və Çinin Tikinti Sənayesi Assosiasiyasının dəstəyi ilə işgüzar səfərlə Çinə gedəcək. Bu barədə konfederasiyanın məlumatında bildirilib.

Səfər zamanı biznesmenlər Pekində tikinti materialları, tikinti sistemləri, tikinti sənayesi, avadanlıq, arxitektorların 12-ci Beynəlxalq Sərgisinə baş çəkəcək. Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə sahibkarlığının inkişafı məqsədilə yerli sahibkarların beynəlxalq sərgi və biznes səfərlərdə iştirakına dəstək göstərir.

Xəbər lenti

Xəbər lenti