...

İnvestisiya müsabiqələri vasitəsilə Azərbaycanın özəlləşdirilmiş müəssisələrində sərmayələr 350 mln dollara çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2007 16:16 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Azərbaycanın Dövlət Əmlakının İdarə olnması üzrə Dövlət Komitsəi 15 səhmdar cəmiyyətin səhmlərinin özəlləşdirilməsi və investisiya müsabiqələri yolu ilə sərmayələrin cəlb olunmasını üzrə tədbirlərini davam etdirir. Bu barədə Dövlət Komitəsinin cümə günü yaydığı məlumatında bildirilib. Bu müəssisələr maşınqayırma, rabitə, kimya sənayesi, tikinti materialları istehsalı, kənd təsərrüfatı məhsullarının emalı və s. sahələrdə ixtisaslaşıb.

Bu günə qədər investisiya müsabiqələri vasitəsilə cəlb olunmuş investorlar istehsalat prosesinin bərpası, yeni texnologiyaların tətbiqi, müasir tələblərə cavab verən məhsulların istehsalı üçün 350 mln. dollar ayırıb.

İnvestisiya müsabiqələrinin nəticələrinə əsasən, yalnız 2007-ci ildə 500-dən çox, ümumilikdə isə özəlləşdirmədən etibarən 11 min iş yeri yaradılıb.

2006-cı ildə alış-satış üzrə imzalanmış müqavilələrə əsasən, investisiya öhdəlikləri 457 mln. dollar təşkil edir, bu da keçən ilə qədər investisiya müsabiqələri yolu ilə özəlləşdirilmiş müəssisələrə qoyulan investisiyaları 49% üstələyir.

2006-cı ildə nəzərdə tutulmuş investisiyalardan 16 mln. dolların qoyuluşu təmin olunub. Keçən il investisiya müsabiqələri yolu ilə özəlləşdirilmiş müəssisələrin 75%-i ölkənin müxtəlif regionlarında yerləşir, bu da onların sosial-iqtisadi inkişafına imkan verəcək və regionlara investisiyanın istiqamətlənməsi üçün şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti