...

XBY-nın gücünün artırılması Burqas-Aleksandrupolisə yönəldiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2007 20:50 (UTC +04:00)

Qazaxıstan, Astana/ Trend müxbir K.Konırova/ Qazaxıstan və Rusiya Xəzər boru kəməri konsorsiumunun (XBK) gücünün illik 40 milyon tona qədər artırılması barədə razlıığa gəlib. Bu barədə bu gün Akkordda Rusiya prezidenti ilə danışıqlarda Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.

"Biz Vladimr Putinlə XBK-nın gücünün 23 milyon tondan 40 milyon tona qədər artırılmasını ətraflı şəkildə müzakirə etdik. Elə bu 17 milyon ton artım Burqas-Aleksandrupolisə də gedə bilər",-deyə o söyləyib.

Nazarbayevin sözlərinə görə, Rusiya və Qazaxıstan razılığa gəlib ki, Burqas-Aleksandrupolisin tikintisi və XBK-nın genişləndirilməsi paralel olaraq aparılsın.

Xəbər lenti

Xəbər lenti