...

ABB MDB dövlətləri ilə münasibətlərin inkişafında xüsusi töhfəsinə görə mükafatlandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2007 16:24 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Mayın 8-dən 10-na qədər özəl sektorun inkişafı üzrə İslam Korporasiyası Alma-Atıda MDB dövlətlərinin bank-agentləri üçün səyyar seminar keçirib. Bu barədə cümə günü Azərbaycan Beynəlxalq Bankının (ABB) yaydığı məlumatda bildirilib. Seminar İslam Korporasiyasının agentlərlə işinə və maliyyələşdirmə xətlərinin təkmilləşdirilməsi üzrə birgə təkliflərin hazırlanmasına həsr olunub.

Görüş zamanı Azərbaycan banklarının, xüsusilə də ABB-nin fəaliyyətinə xüsusi diqqət ayrılıb. İslam Korporasiyasının rəhbərliyi MDB dövlətləri ilə münasibətlərin inkişafında ABB-nin xüsusi töhfəsini, həmçinin kiçik və orta sahibkarlıq çərçivəsində layihələrin maliyyələşdirilməsi sahəsində səmərəli əməkdaşlığını qeyd edib. Görüşün sonunda Azərbaycanın Beynəlxalq Bankı "Xüsusi töhfə və İslam İnkişafı Korporasiyası ilə səmərəli əməkdaşlıq" mükafatına layiq görülüb.

ABB İslam İnkişafı Korporasiyası ilə 2004-cü ildən etibarən əməkdaşlıq edir. Korporasiya ABB-yə Azərbaycan ərazisində layihələrin maliyyələşdirilməsi üçün ümumi məbləği 4,5 mln. dollar olan maliyyələşdirmə xətti ayırıb. Hazırda İslam İnkişafı Korporasiyası ABB-nin təqdim etdiyi bir sıra layihələri nəzərdən keçirir.

Xəbər lenti

Xəbər lenti