...

OPEK Fondu və AYİB Azərbaycan və Tacikistanın beş bankı vasitəsilə ticarətə yardım barədə razılığa gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2007 15:25 (UTC +04:00)
OPEK Fondu və AYİB Azərbaycan və Tacikistanın beş bankı vasitəsilə ticarətə yardım barədə razılığa gəlib

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Beynəlxalq inkişaf üzrə OPEK Fondu və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) əməkdaşlıq barədə saziş imzalayıb. Bu, AYİB-in ticarətin maliyyələşdirilməsi üzrə Azərbaycan və Tacikistanın beş bankına xeyir verəcək proqramı üzrə riskləri bölüşməyə imkan verəcək. Sazişi Fondun baş direktoru Süleyman əl-Xərbiş və Avropa Bankının prezidenti Jan Leemer imzalayıb.

"Bu, bizim üçün çox mühim regiondur və biz bu ölkələrdə iqtisadiyyatın inkişafına yardım etmək üçün AYİB-in proqramında iştirak etməkdən məmnunuq" - deyə Xərbiş bildirib.

Leemerin sözlərinə görə, yeni saziş iki institut arasında uzunmüddətli əlaqələrin yaranmasına stimul verir, MDB-də iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin açılması ilə yanaşı, ticarətin genişləndirliməsi üçün imkanlar da yaradır.

Avropa Bankının Azərbaycanda fəaliyyətinin əvvəlindən öz maliyyələşdirmə portfeli 1 mlrd. dollar, dolayı yolla maliyyələşdirilən layihələrdə isə 4 mlrd. dollar təşkil edir.

2006-cı ildə AYİB Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 150 mln. dollar vəsait ayırıb. AYİB-in Azərbaycandakı nümayəndəliyində hesab edirlər ki, layihələrdən asılı olaraq bu il ötənilkindən çox vəsait ayrıla bilər.

Hazırda AYİB Azərbaycanda müvafiq olaraq 7-8 bankla işləyir, 10 kiçik müəssisəyə isə yardım göstərir. Bankın starategiyasına yalnız vəsaitlərin ayrılması deyil, eyni zamanda səhm paketində iştirak etmək də daxildir. AYİB ölkədə bank, lizinq, ölkənin sığorta sektoru, həmçinin digər qeyri-neft sahələrində də iştiraka hazırdır.

OPEK-lə saziş onu göstərir ki, AYİB digər investorlardan əlavə vəsaitlərin cəlb olunmasında katalizator ola bilər.

Xəbər lenti

Xəbər lenti