...

Moody`s reytinq agentliyi Azərbaycanın kredit ödəmək qabiliyyətliliyinin artdığını qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2007 20:19 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend / Moody`s reytinq agentliyinin vitse-prezidenti, ölkə kreditləri şöbəsinin baş kredit mütəxəssisi Coanatan Şiffer hesab edir ki, yaranmış iqtisadi perspektivlər hesabına Azərbaycanın kredit ödəmək qabiliyyəti qəfil artıb. Bu barədə məlumat Moody`s tərəfindən bu həftə Tiflisdə keçirilən "Banklar və maliyyə" II beynəlxalq Qafqaz konfrans və sərgisində yayılıb.

Sərgi və konfrans ITE Group plc şirkəti tərəfindən təşkil olunub.

Məlumatda göstərilib ki, bunun əsas səbəbi kəmərlərin tikintisindən sonra, xüsusilə Türkiyəyə neft və qaz kəmərlərinin açılışından sonra enerjidaşıyıcılarının ixracının artması olub.

Sənəddə göstərilir ki, yeni yataqların işlənilməsi neft və qaz ixracından gəlirlərin artmasına gətirib çıxarıb ki, bu da hələ 10-15 il davam edəcək.

Kredit reytinqi ilə bağlı isə Azərbaycanın xarici valyuta ilə öhdəlikləri üzrə Moody`s tərəfindən 2006-cı ilin sentyabrında neft və qaz ixracından daxil olan iri həcmdə xarici valyuta ehtiyatları və cari əməliyyatlar üzrə müsbət ödəmə balansı nəzərə alınmaqla müəyyən olunmuş ölkə həddi Vaa2 səviyyəsindədir.

"2006-cı ildə iqtisadi artım tempi iki ildir dalbadal təqribən 25 faiz təşkil edib, proqnozlora görə 2007-ci ildə bu, 26,4 faiz olacaq", - deyə məlumatda bildirilir. Cari ödəmə hesabı balanslarına görə, bu il saldo ÜDM-i 20 faiz üstələməlidir.

Xəbər lenti

Xəbər lenti