...

Azərbaycanın ÜTT-yə qəbulu üzrə Dövlət Komissiyasının yeni tərkibdə ilk iclasının tarixi təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2007 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend İ.Xəlilova/ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbulu üzrə Dövlət Komissiyasının yeni tərkibdə ilk iclası iyunun 6-na təyin olnub. Bu barədə çərşənbə günü katibliyin rəhbəri Ədalət Muradov məlumat verib.

Dövlət Komissiyasının yeni tərkibi prezidentin 2 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunub, lakin əvvəl olduğu kimi komissiyaya iqtisadi inkişaf naziri Heydər Babayev rəhbərlik edir. Bundan sonra komissiyanın tərkibində nazir müavinləri və dövlət komitələrinin rəhbərləri təmsil olunub.

İclasın gündəliyində əsas məsələlər prezidentin milli qanunvericiliyin təkmilləşdirilməsi haqqında sərəncamına müvafiq olaraq görülmüş işlər barədə məlumatlandırma və onların beynəlxalq və Avropa normalarına çatdırılmasıdır.

Muradovun sözlərinə görə, qrafikə əsasən iyunun sonuna qədər 40 hüquqi-normativ akt və əmr hazırlanmalıdır. Onların arasında "Valyuta nizamlanması haqqında", "Aksiz faizləri haqqında", "Baytarlıq haqqında", "Sağlamlıq haqında" qanunlara və Vergi Məcəlləsinə dəyişikliklər, gömrük-buraxılış məntəqələrində məhsulun dəyərinin qiymətləndirilmə qaydaları, məhsulun mənşəyinin müəyyən edilməsi, "Texniki nizamlama haqqında", "Patent haqqında" yeni qanunlar və s.

"Qanunvericiliyin unifikasiyası prosesində biz ÜTT tələblərini bilən kadrların çatışmazlığı ilə bağlı bəzi problemlərlə üzləşirik. Bununla yanaşı, bu gün üçün hüquqi-normativ aktların 15 layihəsinin ilkin variantları hazırlanıb, lakin onlar ingilis dilinə tərcümə olunmalı və beynəlxalq ekspertizaya göndərilməlidir", deyə katiblik rəhbəri bildirib. Tərcümə işində Azərbaycana kömək etmək arzusunu bir neçə donor bildirib: Amerika Ticarət Palatası, TACİS və b.

Qanunvericiliyin unifikasiyası məsələsindən başqa ÜTT-yə daxil olmaq üzrə danışıqlar qrupunun rəhbəri Mahmud Məmmədquliyev iclasda bu təşkilatın üzv ölkələri ilə danışıqların səviyyəsi barədə danışacaq.

İclasda həmçinin saytın təqdimatı keçiriləcək. Saytda Azərbaycanın ÜTT-yə qəbulunun hazırlıq prosesi haqqında informasiya yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti