...

ARDNF rəhbəri: Azərbaycanın Dövlət Neft Fondu 2007-ci ildə büdcə profisiti gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2007 20:48 (UTC +04:00)
ARDNF rəhbəri: Azərbaycanın Dövlət Neft Fondu 2007-ci ildə büdcə profisiti gözləyir

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ 2007-ci ildə Azərbaycan Dövlət Neft Fondunda büdcə düzəlişlərinə baxmayaraq, ili profisitlə başa vurmaq planlaşdırılır. Bunu çərşənbə axşamı ARDNF-in icraçı direktoru Şahmar Mövsümov söyləyib.

2006-cı ilin dekabrında ARDNF-in 2007-ci il üçün təsdiq olunmuş büdcəsinə əsasən, gəlirlər 1555,7 mln. manat, xərclər 977,1 mln. manat müəyyənləşdirilib. Büdcə düzəlişlərindən sonra gəlirlər dəyişməz qalıb.

Neft Fondunun əlavə xərcləri Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin tikintisinin maliyyələşdirilməsi hesabına yaranacaq. Yolun Marabda-Axalkalaki hissəsinin yenidən qurulmasına və Axalkalakidən Türkiyə sərhədinə yolun çəkilməsinə Dövlət Neft Fonduna 200 mln. dollar ayrılacaq. Bu il fonddan 50 mln. manat ayrılacaq.

Bununla yanaşı, ARDNŞ-lə münasibətlərin tənzimlənməsi məqsədilə Azərbaycan prezidentinin sərancamına uyğun olaraq Fonddan Dövlət Neft Şirkətinin hesabına 88,5 mln. manat (102 mln. dollar) köçürüləcək.

Hazırda ARDNF-in aktivləri 1,8 mlrd. manat təşkil edir, ilin sonuna isə onların 2 mlrd. manata qədər artacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti