...

2007-ci ilin sonuna qədər özəlləşdirmə çeklərinin dövriyyədən tam çıxarılması planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2007 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ 2007-ci ilin sonuna kimi özəlləşdirmə çekləri dövriyyədən tam çıxarılacaq. Bu barədə çərşənbə günü Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov məlumat verib. Onun sözlərinə görə, bunun üçün Dövlət Komitəsi ixtisaslaşdırılmış çek hərracları keçirməyi planlaşdırır.

"Çek hərraclarının keçirilməsi üzrə tədbirlərin intensivləşdirilməsi özəlləşdirmə çeklərini tam istifadə etməyə imkan verəcək" - deyə Şahbazov söyləyib. Amma o çeklərin artıq özəlləşdirilməyə çıxarılmış dövlət müəssisələri çərçivəsində istifadəsinin yetərliliyini proqnozlaşdırmaqda çətinlik çəkib.

İndiyə qədər çeklərin 50 faizi çek hərracları və investisya müsabiqələrində istifadə olunub. 2007-ci ildə 70 dövlət müəssisəsi və obyektinin çek hərracına çıxarılması planlaşdırılır.

Ötən il 200 müəssisənin özəlləşdirildiyi 55 hərrac keçirilib.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 1 yanvar 2008-ci ildə başa çatır.

Xəbər lenti

Xəbər lenti