...

Azərbaycan Mikromaliyyələşdirmə Bankı bütün fəaliyyəti dövründə ilk dəfə olaraq ən iri kredit alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Azərbaycan Mikromaliyyələşdirmə Bankının cümə axşamı yaydığı məlumata görə, bank İsveçrənin "BlueOrchard" Fondu ilə $8 mln. həcmində 5 illik müqavilə imzalayıb. "BlueOrchardFinance" mikromaliyyələşdirmə sahəsinə qoyulan sərmayələr sahəsində ixtisaslaşan və banklara və maliyyə institutlarına hər hansı biznes sahəsində xüsusi hazırlanmış paketlərin təqdim olunmasında kömək edən İsveç şirkətidir. Bu kredit Azərbaycan Mikromaliyyələşdirmə Bankı tərəfindən Azərbaycanda mikro və makro biznesin kreditlə təmin olunması üçün istifadə olunacaq və bu kredit bankın bütün fəaliyyəti dövründə cəlb etdiyi ən iri kreditdir. Vəsait "BlueOrchard Finance"ın mikromaliyyələşdirmə institutlarını maliyyələşdirmək məqsədilə təşkil etdiyi "Morgan Stanley" ümumi kredit sərməyə bankından $108 mln. həcmində daxil olub. Bu kredit "Standard reytinq şirkəti tərəfindən yüksək qiymətləndirilib və qeyri-likvid səhmlərin qiymətli kağızlara çevrilməsinin ilk halıdır. Bu kredit investorların marağını artıracaq və onların inamını möhkəmləndirəcək. "Bankın "M-Cril"dən "Alfa" adlı yüksək reytinq aldıqdan sonra beynəlxalq maliyyə təşkilatları banka daha çox etibar etməyə başlayıblar. Bu müqavilə AMMB-yə olan etimadın və Azərbaycandakı mikro və makro biznesə olan dəstəyimizin növbəti göstəricisidir" - deyə AMMB-nin baş meneceri Endrü Pospilovski bildirib. Öz 4 illik fəaliyyəti ərzində AMMB Azərbaycanda mikro, makro və orta biznesin inkişafı üçün $60 mln. cəlb edib. AMMB-nin kredit portfeli $72 mln. təşkil edir və bu vəsaitin hesabına 19000 biznes müştəri və təxminən 3000 kredit maliyyələşdirilib. Cəmi dörd illik fəaliyyəti ərzində bank tərəfindən ümumi həcmi $170 mln. olan 29 min kredit verilib .

AMMB Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı və bu yaxınlarda "AccessHolding" təsisçilərinin tərkibinə daxil olan və Almaniya hökumətinin "KfW" Alman İnkişaf Bankının "LFS Financial Systems GmbH alman" konsaltinq şirkətinin mülkiyyətidir.

Xəbər lenti

Xəbər lenti