...

Nazir: "Odessa-Brodı" layihəsini reallaşdıran zaman digər bazarları da nəzərə almaq lazımdır (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2007 16:45 (UTC +04:00)
Nazir: "Odessa-Brodı" layihəsini reallaşdıran zaman digər bazarları da nəzərə almaq lazımdır (video)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Çərşənbə günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin verdiyi məlumata görə, "Odessa-Brodı" kəməri layihəsinin reallaşması və onun Qdansk və Plotsk şəhərlərinə qədər uzadılması məqsədilə bütün iştirakçı dövlətlərin başçılarının siyasi istəyi var. Hazırda bu layihədə dövlətlərin neçə iştirak edəcəklərini müəyyənləşdirmək lazımdır. "Ukrayna ərazisindən keçən kəmər hazırdır və istismar olunur. Yalnız Ukrayna-Polşa hissəsini birləşdirmək qalır. Buna da investisiya qoymaq lazımdır. Bu səbəbdən də kimin vəsait təqdim edəcəyi və bunun Azərbaycan üçün nə qədər maraqlı olması müəyyənləşdiriləcək" - deyə nazir bildirib.

Onun sözlərinə görə, həmçinin neftin mənbəyini müəyyənləşdəirmək lazımdır. "Bu layihəyə həmçinin Xəzərin şərq sahillərində yerləşən ölkələri də cəlb etmək lazımdır. Bu dəhliz birbaşa olaraq Mərkəzi Asiyadan Baltik ölkələrinə qədər işləyəcək" - deyə Əliyev bildirib.

Hazırda təşkilati və yeni şirkətin yaradılması məsələlərini həll etmək və neftin mənbəyini müəyyən etmək məqsədilə işçi qrup yaradılıb. Qara dənizrə neft bazarı yaradılıb.

Hazırda Azərbaycan, Qazaxıstan və Türkmənistan nefti Gürcustanın Batumi və Supsa limanlarına çatdırılır. Rusiyanını Novorossiysk limanında Azərbaycan və Qazaxıstan neftinin çatdırıldığı bazar fəaliyyət göstərir.

"Odessa-Brodı" layihəsini relaşdıran zaman digər bu bazarları da nəzərə almaq lazımdır" - deyə nazir bildirib. Bu kəmərlə bağlı layihə sentyabr ayında Vilnüsdə keçiriləcək enerji sammitində qəbul oluna bilər.

Xəbər lenti

Xəbər lenti