...

Unibank birinci yarımil üçün maliyyə hesabatını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2007 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / UniBank KB-nin maliyyə göstəriliciləri il ərzində 1,5-2 dəfə atrıb. Bu barədə bankın məlumatında göstərilib.

Yanvar-iyun aylarında bankın aktivləri 80,2 faiz artaraq 254 mln. manat təşkil edib.

2006-cı ilin müvafiq dövrü ilə müqayisədə bankın aktivləri 162,5 faiz artıb.

Aktivlərin strukturunda bankın kredit portfeli birinci yarımildə 71,2 faiz artaraq 149,4 mln. manat təşkil edib ki, bu da 2006-cı ilin 1 iyuluna olan göstəricidən 139,1 faiz çoxdur.

Birinci yarımilin nəticələrinə əsasən, bank tərəfindən cəlb olunmuş depozitlər yanvar-iyun aylarında 18 faizlik artımla 95,3 mln. manat təşkil edib. 2006-cı ilin 1 iyulu ilə müqayisədə bankın depozit portfeli 54 faiz artıb.

İyulun birinə olan vəziyyətə əsasən, bankın gəlirləri 14,83 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 97,5 faiz çox olub.

Hesabat tarixinə qədər bankın xərcləri 14,38 mln, manat təşkil edib ki, bu, bir ildə 149,9 faiz fərq deməkdir.

Bu hesabatla bank birinci yarımili 453 min manat gəlirlə başa vurub.

Xəbər lenti

Xəbər lenti