Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 23 iyulda USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8534 AZN təşkil edib. Bu barədə BBVB-nin məlumatında göstərilib.
BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8532 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 236 088 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 365 440 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8534 AZN təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, "Birja Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZN aləti üzrə $ 1 870 000 ABŞ dolları və ya 1 601 528 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 623 333 ABŞ dolları düşüb.
Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
AVRO və Rus Rublu üzrə sifarişlərdə banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 14,01%, ABŞ dolları üzrə isə illik 14,97% təşkil edib.
Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.