...

İyulun 31-nə BBVB-də birja ticarətinin nəticələri açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2007 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 31 iyulda USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8523 manat təşkil edib.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8525 manat olub. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 4 690 350 AZN təşkil edib. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən 0,0003 bənd düşüb və 0,8528 manat olub.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin hcmi 8 597 762 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8520 AZN təşkil edib.

Beləliklə hər iki sessiyanın nəticələrinə görə "Bija Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZN aləti üzrə $ 15,591 mln. dollar və ya 13 288 112 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 742 429 dollar düşüb.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və rus rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 13,77%, ABŞ dolları üzrə isə illik 14,66% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti