Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Çərşənbə günü Azərbaycanın iri metallurgiya müəssisəsi olan Baku Steel Company (BSC) fəaliyyətini bərpa edib. Bu müəssisə iyulun əvvəlində xammal çatışmazlığı səbəbindən fəaliyyətini dayandırmışdı. Bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Namiq Əhmədov məlumat verib.
Onun sözlərinə görə, müəssisəyə ay ərzində daxil olan xammalın həcmi gündəlik 1000 ton təşkil edir.
"Xammal ehtiyatlarının böyük olmasına rəğmən şirkət rəhbərliyi istehsalı bərpa etmək qərarına gəldi" - deyə Əhmədov vurğulayıb.
BSC nümayəndəsi bildirib ki, istehsalla paralel olaraq metal xammalın yığılması ilə bağlı işlər aparılacaq.
Zavodun layihə gücünə əsasən, istehsal üçün gün ərzində 1,4 min ton xammal lazımdır.
Bu, 2007-ci ildə zavodun ikinci dəfə məcburi dayanmasıdır. Birinci dəfə müəssisə fəaliyyətini analoji səbəbə görə yanvarda dayandırmışdı.