...

Qazaxıstan XİN-inin başçısı: Qazaxıstan "Bakı-Tiflis-Qars" dəmir yolu xəttinin tikintisi layihəsinin hazırlanmasını diqqətlə izləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2007 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Qazaxıstanın xarici işlər naziri Marat Tajin eksklüziv müsahibəsində bildirib ki, Qazaxıstan "Bakı-Tiflis-Qars" dəmir yol xəttinin tikintisi layihəsinin hazırlanmasını diqqətlə izləyir və eyni zamanda layihənin texniki tərəfini araşdırır.

"Nəqliyyat sahəsində prioritet istiqamət Azərbaycan və Qazaxıstanın "Avropa-Qafqaz-Asiya" (TRACECA) beynəlxalq nəqliyyat dəhlizi layihəsində iştirakıdır. Bununla əlaqədar olaraq əməkdaşlığın alternativ və perspektiv istiqaməti "Bakı-Tiflis-Qars" yeni dəmir yol xətti layihəsidir" - deyə nazir bildirib.

Onun sözlərinə görə, Qazaxıstan ölkənin infrastrukturunun tikintisi və inkişafını, xüsusilə də Aktau limanının genişlənməsini, dəmir və avtomobil yollarının tikintisini fəal şəkildə həyata keçirir.

"Bu mənada "Beyneu-Jezkazqan" dəmir yol xəttinin Qazaxıstan ərazisində tikintitsi Qazaxıstan və Çinin yük axınlarının Qafqaz və Avropa istiqamətində artmasına müsbət təsir göstərəcək" - deyə Tajin bildirib.

Xəbər lenti

Xəbər lenti