...

Zəlzələyə görə Lənkəranda evlərin qiymətləri aşağı düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2007 11:39 (UTC +04:00)

Azərbaycan, Lənkəran /müx. Trend P.Əliyeva/ Əvvəlki iki ayla müqayisədə Lənkəranda evlərin qiymətləri 20-25 faiz aşağı düşüb. "Elnur" MMC-nin direktoru Mirzə Əliyevin sözlərinə görə, bu, alıcıların yoxluğu və bu yaxınlarda rayonda qeydə alınan zəlzələ ilə əlaqədardır.

Hazırda Lənkərandakı mikrorayonların ərazisində 1 otaqlı mənzil 15-19 min dollar, 2-3 otaqlı mənzillər 22-30 min dollar qiymətindədir. Şəhərin mərkəzində 1 otaqlı mənzil 29-32 min, 2 otaqlı mənzil 40-45 min, 3 otaqlı şəxsi ev 48-55 min, 5 otaqlı isə 70-80 min dollardır. Şəxsi evlərin qiyməti 18 mindən 220 min dollaradək dəyərləndirilir.

Torpaq qiymətlərində isə əksinə, 20-25 faizlik artım müşahidə olunur. Əliyevin sözlərinə görə, şəhərin mərkəzində 1 sot torpağın qiyməti 15-18 min dollar, kəndlərdə isə 300-500 dollardır. İki ay əvvəl kirayə qiyməti 100-400 dollar civarında dəyişib. Hazırda isə müvafiq göstərici 120-500 dollar arasındadır.

Xəbər lenti

Xəbər lenti