...

Qubad İbadoğlu: Azərbaycanda çörəyin qiymətinin dondurulması gözlənilən artımın qarşısını almayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2007 17:22 (UTC +04:00)
Qubad İbadoğlu: Azərbaycanda çörəyin qiymətinin dondurulması gözlənilən artımın qarşısını almayacaq

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Çörəyin qiymətinin müvəqqəti dondurulması gözlənilən bahalaşmanın qarşısını ala bilməyəck. Bunu cümə axşamı İqtisadi Tədqiqatlar mərkəzinin direktoru Qubad İbadoğlu bildirib. "İlin sonuna ölkədə çörəyin qiymətinin 30-50 faiz bahalaşması müşahidə olunacaq",- deyə o söyləyib.

Son ay yarımda Azərbaycanda çörəyin qiymətinin tədricən artması müşahidə olunur.

Bir buxanka çörəyin qiyməti 0,2 manatdan 0,3 manata qədər artıb. Çörəyin çəkisi isə 0,5 kq-dan 0,35 kq-a qədər azalıb.

Ekspert Azərbaycan Nazirlər Kabinetinin ölkəyə taxıl gətirilməsi üçün müvəqqəti olaraq ƏDV-nin ləğv olunması barədə qərarını şərh edərkən bunun qiymətin tənzimlənməsinə kömək etməyəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti