...

BAKS-da Perm aviamühərriklərini Azərbaycana göndəriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2007 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Jukovskidə Beynəlxalq Aviasiya-Kosmik Solonunun (BAKS) işi zamanı Perm myhərrikquraşdırma kompleksinin stendində Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti ilə bu müəssə arasında "Perm motor zavodu" ASC-nin istehsalı olan beş PS-90A-76 tipli aviasiya mühərrikinin çatdırılması ilə bağlı müqavilərinin imzalanması baş tutub, müəssisənin mətbuat mərkəzinin, "Rosbalt"a verdiyi məlumatda beyə deyilir.

Müqaviləni "Perm motor zavodu" ASC-nin diroektoru Sergey Slomin və "Silk Way Airlines" şirkətinin baş direktoru Kamran Qasımov imzalayıblar.

Mətbuat mərkəzinin məlumatına əsasən PS-90A-76 mühərriki unikal İl-76 təyyarəsinə bütün dünya üzrə reyslər həyata keçirməyə imkan verir, belə ki, bu mühərrikin xüsusiyyətləri Mülki Aviasiyanın Beynəlxalq Təşkilatının səsin məhdudlaşdırılması ilə bağlı tələblərinə cavab verir.

"Silk Way Airlines" aviaşirkətində İl-76-TD-90 tipli bir təyyarə istismar olunur, ikinci isə Daşkənd aviasiya istehsalat birliyində yığılacaq və 2007-ci ilin sonuna qədər hazır olacaq. Üçüncü təyyarənin mühərriki ilə bağlı müqavilə imzalanıb və gələn il çatdırılacağa gözlənilir.

PS-90A-76 mühərriki maksimal təmirarası işlənməyə və təyin olunan resurs üzrə məhdudiyyətə malik deyil, məlumatda belə qeyd edilir.

Xəbər lenti

Xəbər lenti