Gürcüstan, Tiflis / Trend müxbir N.Kirtsxaliya/ Bu gün Tiflisdə Gürcüstan, Azərbaycan, Litva, Ukrayna və Polşanın energetika nazirlərinin qapalı görüşü keçirilir.
Tiflisdəki görüş yazda Varşavada keçirilən sammitin davamı hesab olunur.
O zaman Odessa-Brodi-Qdansk yeni boru kəmərinin işə düşməsinə dair istək və hazırlıq ifadə edilmişdi.
Çərşənbə axşamı Avropa Komissiyasının xarici münasibətlər üzrə direktoratının rəhbəri Eneko Landaburu Avropa İttifaqının Gürcüstanı enerji daşıyıcılarının diversifikasiyası məsələsində dəstəklədiyini və enerji daşıyıcılarının Avropaya çatdırılmasında vasitəçi dövlətlərdən biri hesab etdiyni bildirib.