...

Azərbaycanda neft hasilatı 2007-ci ildə 40 mln. tonu ötəcək – sənaye və energetika naziri

Energetika Materials 2 Oktyabr 2007 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend ,müxbir S.Əliyev/ 2007-ci ildə Azərbaycanda neft hasilatı 43 mln. ton təşkil edəcək. Bunu çərşənbə axşamı Bakıda "Xəzər və Qara dəniz regionunda birbaşa regional investisyalar" mövzusunda beynəlxalq konfransda Azərbaycanın sənaye və nergetika naziri Natiq Əliyev bildirib.

Ölkədə neft hasilatı ilə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ), bir sıra BM və xarici iştirakçıların olduğu əməliyyat şirkətləri məşğul olurlar.

Nazirin sözlərinə görə, 1993-1994-cü illərdə Azərbaycanda neft hasilatı ildə cəmi 9 mln. ton təşkil edirdi. Azərbaycanda neft hasilatında əsas artım "Azəri-Çıraq-Günəşli" dəniz yatağının genişmiqyaslı işlənilməsi hesabına baş verib. Yüngül neftin yataqdan ixracı üçün Bakı-Tbilisi-Ceyhan kəməri çəkilib.

Xəbər lenti

Xəbər lenti