...

Nazir: "Azərbaycanın kimya sənayesində köklü dəyişikliklərə ehtiyac var"

Energetika Materials 20 Oktyabr 2007 15:03 (UTC +04:00)
Nazir: "Azərbaycanın kimya sənayesində köklü dəyişikliklərə ehtiyac var"

Azərbaycan, Bakı / Trend " , müxbir İ.Xəlilova/ Azərbaycanın Sənaye və Energetika Nazirliyi iri kimyəvi məhsullar istehsalçısı "Azerikimya" dövlər müəssisəsinə köklü dəyişikliklər etməyi təklif edir.

"Kimya sənayesində istehsal səviyyəsinin, keyfiyyətin, kimya məhsullarının çeşidinin artırılması kimi qlobal dəyişikliklərə ehtiyac var" - deyə sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Nazirin fikrincə, işlər kompleks həyata keçirilməlidir. İlk növbədə, təkcə bu gün üçün deyil, eləcə də, uzun müddət üçün xamal bazasını müəyyənləşdirmək və bundan çıxış edərək, kimya məhsullarının buraxılış proqramını işləyib hazırlamaq lazımdır.

Nazir hesab edir ki, Azərbaycanın kimya sənayesi hazırda köhnəlib, belə ki, müəssisə Sovet İttifaqı dövründən fəaliyyət göstərir. "Azerikimya" yekun məhsulun istahsalını həyata keçirmədən, dünyada tətbiq olunan keyfiyyət standartlarına cavab vermədən, yalnız xammal bazasına yönəlib.

Nazir hesab edir ki, kimya sənayesi ilə ciddi şəkildə məşğul olmaq, bu sahənin inkişafı ilə bağlı sosial proqram hazırlamaq lazımdır. "Azərbaycanın geniş miqyasda kimya fəaliyyəti ilə məşğul olub-olmayacağı və yaxud kimya məhsullarının ayrı-ayrı növlərinin istehsalını davam etdirib-etdirməmək kimi məsələlər nəzərdən keçirilməlidir" - deyə nazir bildirib.

2007-ci ilin əvvəlində "Azerikimya" müəssisələrinin fəaliyyəti dayandırılıb və dövlət qərarı əsasında, həmin müssisələrin bərpası məqsədilə müəssisələrin işinin effektivliyinin artırlıması, enerji təminatı problemlərin həlli istiqamətində maliyyə vəsaiti ayrılıb.

Köhnəlmiş avadanlıq üzündən müəssisə bu gün layihə gücünün 20-25%-ni əhatə edir və yerli müəssisələrin məhsullarının idxal olunan məhsullarla rəqabət aparmasına imkan vermir. Bundan başqa, ölkədə keyfiyyətin dünya standartlarına cavab verməsini yoxlayacaq laboratoriyalar yoxdur.

Ölkədə hazırda 100-dən çox kimya müəssisəsi fəaliyyət göstərir ki, bu müəssisələrin 70-80%-i dövlətin balansındadır. Problemlərin mövcudluğu səbəbindən, kimya sənayesində inkişaf tempi aşağı düşür və 2006-cı ilin yekunlarına görə, bu göstərici 3,4%, 2005-ci ildə 3,7%, 2004-cü ildə 4,7%, 2003-cü ildə 3,9%, 2000-ci ildə 3,4%, 1995-ci ildə isə 3% təşkil edib.

Xəbər lenti

Xəbər lenti