...

Qazaxıstan "Nabukko" qaz kəməri layihəsinə qoşulmağa hazır

Energetika Materials 22 Oktyabr 2007 12:37 (UTC +04:00)
Qazaxıstan "Nabukko" qaz kəməri layihəsinə qoşulmağa hazır

Qazaxıstan, Astana / Trend , müxbir K.Konırova/ Qazaxıstan "Nabukko" layihəsinə qoşulmağa və bu boru kəməri vasitəsilə Avropa ölkələrinə öz qazını ixrac etməyə hazırdır" - deyə "Samruk" dövlət aktivlərinin idarə edilməsi üzrə Qazaxıstan holdinqi" SC-nin nəql etmə üzrə sədr müavini Kairgəldi Kabıldin bildirib.

"Əsas məsələ Qazaxıstan qazının necə tədarük edilməsindədir? Yəni Bakı-Tbilisi-Ərzurum (Boru kəməri) üzrə Xəzər ya da, Xəzərdə dövr etməklə İran vasitəsilə tədarük edilməsindədir" - deyə Kabıldin bildirib.

Bakı-Tbilisi-Ərzurum Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Gürcüstan-Türkiyə sərhəddinə qədər uzanır. Onunla Azərbaycanın "Şah Dəniz" yatağından çıxarılan qaz ixrac olunur.

Kabıldinin sözlərinə görə, Qazaxıstan artıq Azərbaycan və İran ərazisi vasitəsilə öz qazının ixrac edilməsinin nəzərdən keçirilməsi üzrə təklif alıb.

"Nabukko" layihəsin operatoru 20 faiz iştirak payı ilə Asvstriyanın OMV şirkətidir. Dörd min kilometr uzunluğa malik "Nabukko" qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya ərazisindən keçməklə Aralıq və Xəzər dənizində hasil olunan qazın Avropaya daşınmasını təmin edəcək. "Nabukko"nun hazırlanması ilə OMV, Macarıstanın MOL, Türkiyənin Botas, Bolqarıstanın Bulgargaz və Rumıniyanın Transgaz şirkətləri məşğul olur.

Xəbər lenti

Xəbər lenti