...

Bərdədə işıq və su problemi yaranıb

Energetika Materials 31 Oktyabr 2007 21:04 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Bu gün Bərdədə elektrik enerjisinin veilməsi 4 saatdan çox dayandırılıb. Trend in bölgə müxbirinin məlumatında belə deyilir və səbəb kimi Bərdə su-kanal idarəsinin Mingəçevir regional paylayıcı elektrik şəbəkəsinə borclu olması göstərilir. Regional şəbəkədən verilən məlumata görə, idarənin onlara 1,5 mln. manat borcu var. Əks tərəfsə, bu rəqəmin 189 min manat olduğunu bildirir. Regional şöbənin əməkdaşları bu gün rayonda olublar və rayonun içməli su təchizatını dayandırıblar. Bərdə rayon paylayıcı elektrik şəbəkəsindən bildirilib ki, enerji verilməsi bu gün təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti