...

ABŞ Dövlət Departamenti İranı etibarsız təbii qaz tədarükçüsü adlandırıb

Energetika Materials 10 Yanvar 2008 17:29 (UTC +04:00)
ABŞ Dövlət Departamenti İranı etibarsız təbii qaz tədarükçüsü adlandırıb

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Türkiyənin Yunanıstana təbii qaz ixracını dayandırmasının əsas səbəbi İranın yanacaq tədarükçüsü kimi etibarsız olmasııdır. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında Departamentin mətbuat xidmətinin rəhbəri Şon Makkormak jurnalistlərin suallarına cavab verərkən bildirib.

Türkiyə yanvarın əvvəlində Yunanıstana Türkiyə-Yunanıstan-İtaliya boru kəməri ilə nəql ounan qazın tədarükünü dayandırıb. "Yunanıstan hökuməti ölkənin digər qaz mənbələrinin olduğunu və onların köməyi ilə gözlənilməz yanacaq çatışmazlığını əvəz etməyin mümkünlüyünə dair bəyanat verib " - deyə Makkormak bildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə məhz Azərbaycan qazının Yunanıstana ixracının dayandırılması barədə danışmaq düzgün olmazdı.

"Türkiyə təbii qazı, Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdən alır, qarışdırır və Yunanıstana ixrac edir. Demək olmaz ki, bu, məhz Azərbaycan qazıdır" - deyə Makkormak bildirib.

Türkiyənin Botas boru kəməri şirkətinin məlumatına görə, 2008-ci ildə Türkiyə Yunanıstana 492 mln. kubmetr qaz ixrac edəcək. Türkiyə cari ildə Azərbaycandan "Şahdəniz" yatağından hasil edilən 5 mlrd. kubmetr qaz almağı planlaşdırır. İrandan isə, 9,55 mlrd. kubmetr qaz alınacaq.

Xəbər lenti

Xəbər lenti