...

SOCAR Georgia Tbilisi yaxınlığında böyük neft bazası tikəcək

Energetika Materials 10 Yanvar 2008 20:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 yanvar/ Trend , müxbir N.Kirtsxaliya, S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti SOCAR Georgia bu il ərzində Tbilisi yaxınlığında neft məhslullarının saxlanılması üçün böyük baza tikmək niyyətindədir. Bu barədə cümə axşamı "SOCAR Georgia"-nın rəhbəri Mahir Məmmədov məlumat verib. Bu layihənin dəyəri təxminən 6 mln. dollar qiymətləndirilir.

Neft bazası Tbilisi Beynəlxalq Hava limanının yaxınlığında, Kiziki küçəsində tikiləcək. Ötən il şirkət tikinti işlərinin aparılması üçün 3 mln. dollara 5 ha topraq sahəsi alıb. Yeni obyektin çənləri 17 min tonadək neft məhsulları, o cümlədən, gürcü bazarında reallaşdırılacaq mayeləşdirilmiş qaz saxlaya biləcək.

Bu bazada müxtəlif növ benzin növləri, kerosin, bitum, mayeləşdirilmiş qaz və mazut saxlanılacaq. Bazanın sahəsi təxminən 5 ha olacaq. Tikintini bu ilin sonunadək başa çatdırmaq planlaşdırılır.

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR Georgia şirkətində 51% pay iştirakına malikdir. Şirkətin Gürcüstanda 19 avtomobil yanacaqdoldurma məntəqəsi var. Bu yanacaqdoldruma məntəqələrinin sırasına hazırda mövcud olan və tikilməkdə olan məntəqələr daxildir. Əvvəllər Şirkət beş yanacaqdoldurma məntəqəsi alıb.

Xəbər lenti

Xəbər lenti