...

Azərbaycan "Əsrin müqaviləsi" -dən öz gəlirlərini əhəmiyyətli şəkildə artıra bilər-ARDNF rəhbəri (video)

Energetika Materials 25 Yanvar 2008 19:27 (UTC +04:00)
Azərbaycan "Əsrin müqaviləsi" -dən öz gəlirlərini əhəmiyyətli şəkildə artıra bilər-ARDNF rəhbəri (video)

Azərbaycan, Bakı, 25 yanvar/ Trend müxbir İ.Xəlilova/ "Azəri-Çıraq-Günəşli" layihəsində əcnəbi şirkətlər və Azərbaycan Dövlət Neft Şirkəti arasında neftdən gələn gəlirin bölünməsinin yeni mərhələsinə keçid 2008-ci ilin sonu, 2009-cu ilin əvvəlində gözlənilir. Bu barədə cümə günü Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov məlumat verib.

Bu dəyişikliklərə əsasən, layihədən gələn gəlirlərin 80% Azərbaycana, 20%-i isə, AÇQ üzrə əcnəbi tərəfdaşlara veriləcək.

Onun sözlərinə görə, 2007 gəlirlərin bölünməsində Azərbaycanın payı 25% təşkil edib. 2008-ci il yanvarın 1-dən isə, 50%-dək artıb.

"Üçüncü mərhələyə keçid neftin qiymətlərindən asılıdır. Lakin qısa müddətdə gəlir neftində Azərbaycanın payının artması proqnozlaşdırılır. Bununla əlaqədar olaraq, ARDNF-nin gəlirlərinin qəfil artması gözlənilir", - Mövsümov qeyd edib.

Bədbin proqnozlara görə, 2008-ci ilin sonunadək Fondun aktivləri, gəlirlər 3,6 mlrd,manat xərclər isə 1,6 mlrd.manat nəzərə alınmaqla, 2 mlrd. manatacan artacaq. Bu proqnozlar neftin qiyməti bir barel üçün $50 səviyyəsində müəyyən edilib. Neft Fondunun rəhbəri əlavə olaraq $5 mlrd. almağın gözlənildiyini bildirib.

"Neft tədarükü partiyalarının sayı bir çox parametrlərdən, o cümlədən tankerlərin detveyti, proqnozlaşdırıla bilməyən parametr olan göndərmənin tezliyindən asılıdır. Buna görə, biz neftin sayına barellə baxırıq", - Mövsümov qeyd edib.

Yanvarın 24-nə olan vəziyyətə görə, "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növlü neftin qiyməti $88,88/barr. , bir gün əvvəl isə $88,71/barr səviyyəsində olub. Ötən ilin sonunda qiymət $100/barr. olub.

Xəbər lenti

Xəbər lenti