...

ABŞ Dövlət Departamentində Mərkəzi Asiya və Xəzər hövzəsində energetika məsələləri üzrə koordinator vəzifəsi yaradılacaq

Energetika Materials 14 Fevral 2008 15:04 (UTC +04:00)
ABŞ Dövlət Departamentində Mərkəzi Asiya və Xəzər hövzəsində energetika məsələləri üzrə koordinator vəzifəsi yaradılacaq

Azərbaycan, Bakı, 14 fevral / Trend / ABŞ Dövlət Departamentində Mərkəzi Asiya və Xəzər hövzəsində energetika məsələləri üzrə koordinator vəzifəsi yaradılacaq - çərşənbə günü Ağ Evin 2009 maliyyə ilinə həsr olunan dinləmələrdə çıxış edən ABŞ dövlət katibi Kondoliza Rays Senatın Xarici Əlaqələr Komitəsində bildirib.

Onun sözlərinə görə, dünyada energetika siyasəti diplomatiyaya kifayət qədər təsir edir.

Rays bu bəyanatı "respublikaçı" azlıqların rəhbəri senator Riçard Luqarın müraciətinə cavab olaraq bildirib. Senator yanvarda dinləmələrdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Ukraynaya öz səfərini xatırladaraq, bu regionla enerji sahəsində daha sıx əməkdaşlığın olmasını müsbət dəyərləndirdiyini bildirib.

Rusiyanın enerji təminatında üstünlüyündən narahat olduğunu bildirən senator ABŞ hökumətinin Xəzər regionunda maraqlarının qorunması üçün xüsusi məsləhətçi vəzifəsinin təsis edilməsini təklif edib.

Xəbər lenti

Xəbər lenti