...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 6 Mart 2008 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart/ Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin martın 5-də qiyməti 1 barel üçün 102,21 dollara çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətdə 1 barrel üçün 2,42 dollar artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın martın 5-də qiyməti 1 barel üçün 101,33 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 2,42 dollar artıqdır.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Martın 5-də URALS neftinin qiyməti 1 barel üçün 94,44 dollar təşkil edib. Bu öncəki qiymətdən 2,35 dollar artıqdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin martın 5-də qiyməti 1 barel üçün 101,03 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 2,56 dollar çoxdur.

Xəbər lenti

Xəbər lenti