...

Gürcüstan Baş nazirinin Bakıya səfəri gözlənilir

Energetika Materials 8 Mart 2008 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 mart / Trend , müxbir A.İsmayılova/ Gürcüstan Baş naziri Lado Qurqenidze martın 13-də Bakıya birgünlük səfərə gələcək. Bu barədə şənbə günü Tbilisidən Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev telefonla məlumat verib.

Səfər çərçivəsində Gürcüstan Baş nazirinin Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Baş nazir Artur Rəsizadə və digər şəxslərlə görüşü planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti