...

"Bəyaz axın" qaz kəməri layihəsinin reallaşdırılması üçün əlavə hesablamalara ehtiyac var – Azərbaycanın energetika naziri

Energetika Materials 19 Mart 2008 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart/ Trend , müxbir S.Əliyev/ Ukrayna tərəfindən irəli sürülmüş "Bəyaz axın" (White Stream) qaz kəməri layihəsinin reallaşdırılması üçün əlavə hesablamaların aparılması vacibdir. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev eksklüziv olaraq Trend -a bildirib.

"Layihənin iqtisadiyyatı, onun təhlükəsizliyi, ekoloji təsirləri və digər məsələləri hesablamaq lazımdır", - nazir bildirib.

Onun sözlərinə görə, "Bəyaz axın" üzrə qaz tədarükü marşrutunu dəqiq müəyyən etmək lazımdır. Əliyev layihənin reallaşdırılması üçün, o cümlədən Qara dənizin dibi ilə sualtı kəmərlər tikmək lazım olduğunu bildirib.

Nazir bildirib ki, Azərbaycanın bu marşrutla nəql edilmək üçün kifayət qədər qaz həcmi olarsa, layihə həyata keçirilə bilər. Bu, ölkədə yeni qaz yataqlarının açılması, "Azəri"-"Çıraq"-"Günəşli" yataqlarının dərinsulu hissəsindəki və digər mənbələrin işlənilməsindən sonra baş verə bilər.

Ukraynanın Baş naziri Yuliya Timoşenkonun yanvarda Brüsselə səfərinin gedişində təklif etidiyi "Bəyaz axın" layihəsi Türkmənistandan Azərbaycan vasitəsilə Gürcüstanın Supsa limanınadək, sonra isə, Qara dənizin dibi ilə Krım vasitəsilə Avropa İttifaqına qədər qaz kəmərinin çəkilməsini nəzərdə tutur.

Şərq-Qərb dəhlizinin cənub qaz nəqli layihələri üzrə Avropa Komissiyası koordinatorunun köməkçisi Brendan Devlin bir müddət əvvəl bildirib ki, Avropa İttifaqı "Bəyaz axın" layihəsinin reallaşdırılmasında maraqlıdır. Onun sözlərinə görə, layihə həm Ukrayna, həm də Aİ üçün enerji tədarükünün təhlükəsizliyi baxımından çox vacibdir. Layihənin texniki maliyyələşdirilməsi isə, vahid TransAvropa energetika şəbəkəsinin yaradılması ilə layihələrin reallaşdırılmasının maliyyə alətləri yolu ilə həyata keçirilə bilər.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti