...

ABŞ yanvar-fevral aylarında Azərbaycandan neft idxalını artırıb

Energetika Materials 3 May 2008 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 may / Trend / Cari ilin yanvar-fevral aylarında ABŞ Azərbaycandan 3,301 mln. barrel neft idxal edib ki, bu göstərici ötən ilin analoji dövründə 2,677 mln. barel təşkil edib. Bu barədə ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) məlumatında bildirilir.

ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) məlumatında bildirilir ki, 2007-ci ildə ABŞ Azərbaycandan 2006-cı ilin 9,744 mln. barelinə nisbətdə 20,643 mln. barr. neft idxal edib.

2006-cı ildə ABŞ 9,7 mln. barr. Azərbaycan nefti əldə edib.

Azərbaycan neftinin nəql olunduğu əsas ixrac marşrutu Bakı - Tbilisi - Ceyhan boru kəməridir. Bu kəmər vasitəsilə neft Türkiyənin Ceyhan limanına çatdırılır.

Azərbaycanın yüngül nefti Gürcüstanın Supsa limanından da ixrac olunurdu. Bura neft Bakı-Supsa boru kəməri vasitəsilə çatdırılırdı. Hazırda bu boru kəməri təmirdədir. Neft, həmçinin, Batumi (bura neft Bakıdan dəmir yolu vasitəsilə çatdırılır) və Novorossiysk limanlarından (Bura neft Bakı-Novorossiysk boru kəməri ilə tədarük olunur) ixrac olunur.

Xəbər lenti

Xəbər lenti