Azərbaycan, Bakı, 14 may / Trend , müxbir S.Əliyev / Hazırda Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstana 1,5 mln. kubmetrdən çox qaz nəql edir. Bu haqda çərşənbə günü hökümətdən verilən məlumatda bildirilib.
ARDNŞ Gürcüstana gündəlik təxminən 1,2 -1,5 mln. kubmetr qaz nəql etmək niyyətindədir. 2008-ci il ərzində bu rəqəm 500 mln. kub metrə çatdırılacaq,- hökümətdən bildirilib.
Gürcüstana nəql olunan qazın dəyərini, hökumətdən dəqiqləşdirmək mümkün olmayıb amma bu rəqəm ötən illə müqayisədə, çox olmalıdır. 2007-ci ildə Azərbaycan Gürcüstana qazın 1000 kub metrini 120 $-a nəql edib. Bu il 1000 kub metr qazın qiymətinin 180-190 $ olacağı gözlənilir.
Gürcüstan qazın bir hissəsini Rusiyadan alır və 1000 kubmetr qaz üçün 235 $ ödəyir.
Azərbaycan Dövlət Neft Şirkəti öz yataqlarında hasil olunan şəxsi qaza malikdir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]