...

Ukrayna Qazaxıstan və Azərbaycana neft emalında iştirak etməyi təklif edir

Energetika Materials 22 May 2008 14:50 (UTC +04:00)

Ukrayna, Kiyev, 22 may / Trend , müxbir Z.Novosvitski/ Ukrayna Qazaxıstan və Azərbaycana ərəzisində neft emalı layihələrinin reallaşdırılmasında iştirak imkanlarını nəzərdən keçirməyi təklif edib. Bu haqda Kievdə Enerji sammiti çərçivəsində keçirilən Beynəlxalq forumun açılışında Ukrayna prezidenti Viktor Yuşenko bildirib.

Yuşenko qeyd edib ki, Ukrayna neft emalı sahəsinin inkişafında maraqlı olduğu üçün Qazaxıstan və Azərbaycana mövcud olan rekonstruksiya imkanları, həmçinin yeni NEZ-in inşası ilə bağlı təklif edib.

Ukrayna prezidenti bildirib ki, Avropaya daha etibarlı qaz tədarükü perspektivləri ilə bağlı Ukraynanın yeraltı qaz anbarlarının istifadə imkanları da müzakirə olunacaq.

Söhbət Ukraynanın qərb sərhədlərində yerləşən və 30 mlrd. kubmetrdən çox həcmə malik anbarlardan gedir. "Biz düşünürük ki, bu, ümumi konsepsiyamıza xidmət edən Avropa enerji bazarının infrastrukturlarından biridir", - Yuşenko əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti