Qazaxıstan, Astana, 30 may / Trend , müxbir K.Konırova/ "Samruk" dövlət aktivləri idarəsi üzrə Qazaxıstan holdinqinin direktorlar şurası "Qazmunayqaz" SC-nin prezident postuna Serik Burkitbayevi seçib. Serik Burkitbayev bu vəzifədə beş il işləmiş Uzakbay Karabalinanın yerinə təyin olunub. Bu haqda Trend -ın Astanadakı xüsusi müxbiri məlumat verib.
Burkitbayev 1957-ci il sentyabrın 7-də Cambul vilayətinin Merke kəndində doğulub. Moskva mühəndis-fizika institutunu və həmin institutun aspiranturasını bitirib. 1994-95-ci illərdə "Qazinformtelekom" SC-nin prezidenti vəzifəsində, 1996-98-ci illərdə "Qazaxtelekom" ASC-nin prezidenti olub. 1998-ci ilin sentyabrında Qazaxıstan Respublikasının nəqliyyat və kommunikasiya naziri təyin olunub. 2000-ci ildən Qazaxıstan Respublikası prezidentinin ştatdan kənar məsləhətçisi olub. 2001-ci ilin iyununda dövlət başçısının məsləhətçisi təyin olunub. 2008-ci ilin fevralında Qazaxıstan prezidentinin fərmanı ilə ""Samqau" milli elmi-texniki holdinq" SC-nin idarə heyyətinin sədri təyin olunub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]