Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir A.Bədəlova/ İyunun 12-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $135,21/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə axşamı verilən məlumata görə cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətən $2,18/barel azalıb.
Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.
ARDNŞ-dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 12-də $133,26/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $2,41/barel azdır.
Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 12-də $124,37/barel təşkil edib və bu əvvəlki qiymətdən $2,76/barel azdır.
Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftlə analoji vəziyyət müşahidə edilir. İyunun 12-də Brent Dated neftinin 1 barelinin qiyməti $131,96/barel təşkil edib , bu da əvvəlki qiymətdən $2,27/barel azdır.