...

Salyanda 220 meqavat gücündə yarımstansiyanın tikintisi başa çatmaq üzrədir

Energetika Materials 6 İyul 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyul / Trend / Salyanda 220 meqavat gücündə yarımstansiyanın tikintisi başa çatmaq üzrədir. Artıq  işlərin 80-85 faizi görülüb. Trend agentliyinin verdiyi xəbərə görə, yarımstansiyaya Əli Bayramlı və İran İslam Respublikasından 220 kilovoltluq gərgilik daxil olacaq və 7 istiqamətdə paylanacaq. Bununla da Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Yardımlı, Masallı, Lerik, Lənkəran və Astara rayonlarının enerji təminatı yaxşılaşacaq.

Yarımstansiya bir mərtəbəli dörd otaqlı inzibati idarəetmə binasından, 220/110 meqavatlıq iki transdformatordan, 2 ədəd 80 tonluq yağ anbarından, 10 kilovoltluq yarımstansiya və 220 tonluq su anbarından ibarətdir.

Xaricdən alınan avadanlıqlar yaxın günlərdə quraşdırılacaq.

Xəbər lenti

Xəbər lenti