...

Lufthansa şirkəti əməkdaşlarının tətili Bakıdan aviareyslərin cədvəlinə təsir etməyib

Energetika Materials 28 İyul 2008 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul/ Trend , müxbir E.İsmayılov/ Almaniyanın Lufthansa aviaşirkətinin həyata keçirdiyi Bakı - Frankfurt - Bakı aviareysi bazar ertəsi yarım saat gecikmə ilə havaya qalxıb (cədvələ əsasən, Bakı vaxtı ilə 03:40). Bu barədə bazar ertəsi AZAL Q S C-dən (Azərbaycanın mülki aviasiya idarəsi) məlumat veriblər. Növbəti reys çərşənbə axşamı Bakı vaxtı ilə saat 03:40 - da həyata keçirilməlidir.

Reys bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə günlərində, Bakı vaxtı ilə 03:40 - da həyata keçirilir. Reyslər Airbus təyyarələri ilə reallaşdırılır. Biletlərin qiyməti bir tərəfə $739, hər iki tərəfə isə $1172 təşkil edir.

Bir müddət əvvəl Avropanın, böyüklüyünə görə, ikinci aviadaşıyıcısı Almaniyanın Lufthansa aviaşirkətinin işçiləri iyulun 28 - də müddətsiz tətilin başlamasını təyin ediblər. Reuters-in verdiyi məlumata görə, etirazlara səbəb əmək haqqının az olmasıdır.

Tətil iki hava limanına - əksər marşrutlar üçün yerdəyişmə məntəqəsi olan Frankfurt və Almaniyanın şimalındakı Hamburqa toxunacaq.

Bloomberg agentliyin məlumatına əsasən, Həmkarlar İttifaqı əmək haqqının 10 faiz artırılmasını tələb edir. Aviaşirkət, hələ ki, xərclərin bu dərəcədə artmasına hazır deyil və əmək haqlarını iki mərhələ ilə 6,7 faiz artırmağı təklif edir.

2008 - ci ildə Lufthansa artıq bir neçə dəfə işçilərin tətilindən əziyyət çəkib. Lakin əvvəllər bu tətillər yerli xarakterli olub. Belə ki, iyulun 7- də Lufthansa-nın törəmə şirkətləri CityLine və Eurowing-in 157 reysi ləğv edilib.

İyulun 28 -nə olan cari məzənnə -- 0,8075 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti