...

ARDNŞ elektrik stansiyalarına qaz tədarükünü üç dəfə artırıb

Energetika Materials 6 Avqust 2008 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 avqust / Trend / Cari ilin yanvar-iyul aylarında "Azərenerji" Səhmdar Cəmiyyətinə yanacaq qismində istifadə üçün təqribən 2,7 mlrd. kub metr qaz verilib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatında bildirilir.

Yanvar-iyulda verilən qazın ümumi həcmindən təqribən 1,5 mlrd. kub metri ARDNŞ, 508 mln. kub metri "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən səmt qazı, təxminən 681 mln. kub metri isə "Şahdəniz"dən hasil edilən qazın payına düşüb.

Proqnozlara əsasən, 2008-ci ildə "Azərenerji" 5,557 mlrd. kub metr qaz əldə edəcək ki, bunun da 3,448 mlrd. kub metri ARDNŞ, 750 mln. kub metri "AÇG", 1,359 mlrd. kub metri isə "Şahdəniz"in payına düşəcək.

Ötən ilin aprel ayından Azərbaycanda dövlət idarələri arasında qaz əməliyyatları üzrə qarşılıqlı əvəzləmə sxeminə dəyişiklik edilib. ARDNŞ şəxsi qazını "Azərenerji" SC-yə birbaşa verir. Əvvəllər ARDNŞ bu əməliyyatı "Azəriqaz" vasitəsilə həyata keçirirdi.

ARDNŞ "Azəriqaz"a qazın 1 kub metrini 42 manata verirdi ki, o da öz növbəsində elektrik enerjisinin istehsalı üçün lazım olan yanacağı "Azərenerji"yə verirdi.

"Azərenerji" "Azəriqaz" tərəfindən tədarük olunan qazı aşağı ödənişlə alırdı ki, bu da öz növbəsində sonuncunun əldə olunan yanacağa görə ARDNŞ qarşısında borcunun yaranmasına gətirib çıxarırdı. Hazırda "Azəriqaz" qazı yalnız elektrik stansiyalarına nəql edir.

Xəbər lenti

Xəbər lenti