...

Yanvar-iyulda "Azəriqaz"sisteminə təbii qazın daxil olması azalıb

Energetika Materials 6 Avqust 2008 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 avqust/ Trend / Yanvar-iyulda "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin (Azərbaycan ərazisində qazın paylaşdırılması ilə məşğuldur) sisteminə 3,3 milyard kub metrdən çox təbii qaz daxil olub. Bu göstərici 2007-ci ilin yanvar-iyulunda 3,9 milyard kub metr olub. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatında deyilir. Cari il üçün bölüşdürmə şəbəkəsinə qazın təchizatı üzrə proqnoz 5,7 milyard kub metri ötür.

Dövlət Neft Şirkəti respublikanın paylaşdırıcı şəbəkəsinin əsas qaz təchizatçısıdır. Yanvar-iyulda ARDNŞ 2,27 kub metr qaz təchiz edib. Bu göstərici ötən ilin analoji dövründə 2,29 milyard kub metr olub. Bu il ARDNŞ ümumilikdə "Azəriqaz"-a 3,5 milyard kub metr qaz təchiz etmək niyyətindədir.

Yanvar-iyul ərzində "Azəri-Çıraq-Günəşli"yatağından ölkənin qaz nəqli sisteminə 483 mln. kub metr qaz verilib. Bu göstərici ötən ilin yanvar-iyulunda 896 mln. təşkil edib. Bu yataqlardan cari il üçün qazın verilməsi üzrə proqnoz 637 milyon kub metrdir.

Yanvar-iyulda "Şahdəniz"qaz kondensatı yatağından "Azəriqaz" sisteminə 558 mln. kub metr qaz daxil olub. Bu göstərici ötən ilin yanvar-iyulunda  708 mln. olub. Bu il yataqdan 1,5 milyard kub metr qaz daxil olacaq.

Xəbər lenti

Xəbər lenti