...

"PetroVietnam" və "Özbəkneft-qaz" əməkdaşlıq haqqında razılığa gəliblər

Energetika Materials 7 Avqust 2008 12:36 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 07 avqust/ Trend , müxbir T.Jukov/ "PetroVietnam"ın nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib, - Trend -ın Daşkənddəki xüsusi müxbiri xəbər verir.

"Vyetnamın "PetroVietnam" şirkəti mütəxəssislərdən ibarət nümayəndə heyətini "Özbəkneft-qaz" Milli Holdinq Şirkətinin geloji kəşfiyyat sahəsində təcrübəsini öyrənmək üçün göndərib", - Trend -a özbək holdinqindən bildiriblər.

"Danışıqların gedişində holdinq rəhbərliyi ilə birgə iş perspektivlərinə dair fikir mübadiləsi aparılıb", - rəsmi bəyanatda deyilir. "PetroVietnam" şirkətinin nümayəndələri Mərkəzi Asiyadakı ən böyük geologiya və neft-qaz yataqlarının kəşfiyyatı üzrə respublika institunda və "Özbəkgeofizika"ASC-də olublar.

Mümkün əməkdaşlıq formaları sırasında, yeni ərazilərin neft-qaz ehtiyatlarının birgə tədqiqi, mütəxəssislərin mübadiləsi və xidmətlərin göstərilməsi var. Əməkdaşlığın əsas istiqamətlərinin öyrənilməsi məqsədilə tərəflər Memorandumun hazırlanması barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti